Millimiz 90+2-ci dəqiqədə qələbəni əldən verib

Xəbərlər
8 Aprel 2025 22:02
181
Millimiz 90+2-ci dəqiqədə qələbəni əldən verib

Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti oyununu keçirib.

İdman.biz xəbər verir ki, yığmamız Millətlər Liqasının matçına çıxıb.

Siyasət Əsgərovun yetirmələri C liqası 4-cü qrupunun son səfər görüşündə qüvvəsini sınayıb. Liderlik uğurunda mübarizə aparan millimiz Monteneqro ilə üz-üzə gəlib. Komandamız qələbəni son anda əldə verib. 54-cü dəqiqədə Manə Mollayeva hesabı açıb. Meydan sahibləri 90+2-ci dəqiqədə penaltidən bərabərlik qolunu vurub.

Qeyd edək ki, millimiz son oyununu mayın 30-da evdə Litvaya qarşı keçirəcək.

Millətlər Liqası
C Liqası, 4-cü qrup
8 aprel
20:00. Monteneqro – Azərbaycan - 1:1
Qollar:
Yasna Dyokoviç, 90+2 (p.) - Manə Mollayeva, 54
Baş hakim: Marta San Xuan (Andorra)
Nikşiç şəhər stadionu

O

Q

H

M

T

X

1

Monteneqro

3

1

2

0

4-2

5

2

Azərbaycan

3

1

2

0

3-1

5

3

Litva

2

0

0

2

1-5

0

İdman.biz