“Neftçi”nin futbolçusu Ramil Şeydayev Azərbaycan çempionatlarında 40-cı qolunu vurub.
İdman.biz xəbər verir ki, onun yubileyi Misli Premyer Liqasının XXIX turuna təsadüf edib.
“Şamaxı” ilə səfər matçının (2:0) 42-ci dəqiqəsində penaltidən yararlanan 29 yaşlı hücumçu 40-cı qolunu 127-ci oyununda vurub. O, “Qarabağ”da 30 (75 oyun), “Sabah”da 6 (28 oyun), “Neftçi”də 4 (24 oyun) dəfə fərqlənib.
Ramil ölkə çempionatları tarixində 40 və daha çox qola imza atan 67-ci futbolçudur.
Qeyd edək ki, Şeydayev bu göstəricidə Mehman Allahverdiyev, Fernando Peres və Junivan Suaresə çatıb.
İdman.biz