“Arsenal”ın futbolçusu Jorjinyo İngiltərə klubundan ayrılmağa qərar verib.
İdman.biz xəbər verir ki, dayaq yarımmüdafiəçisi London təmsilçisini azad agent kimi tərk etmək istəyir.
33 yaşlı futbolçunun xidmətində “Flamenqo” maraqlıdır. Bu keçid baş tutsa, Jorjinyo “Qarabağ”ın sabiq hücumçusu Juninyonun komanda yoldaşı olacaq.
Qeyd edək ki, yarımmüdafiəçinin “Arsenal”la müqaviləsi 2025-ci ilin iyununda başa çatacaq.
İdman.biz