“Qusar”ın futbolçusu mükafatlandırılıb

Xəbərlər
8 Aprel 2025 14:47
62
“Qusar”ın futbolçusu mükafatlandırılıb

II Liqada “Ayın qolu” layihəsinin qalibi mükafatlandırılıb.

İdman.biz xəbər verir ki, bunu PFL-in mətbuat xidməti açıqlayıb.

Bu gün “Qusar”ın futbolçusu Eşqin Tağıyevin mükafatlandırma mərasimi keçirilib. Tədbir XX turun "Qusar" - "Lerik" oyunundan əvvəl baş tutub.

Fevralın ən yaxşı qolunun müəllifinə mükafatı PFL-in Yarışların təşkili və qeydiyyatı şöbəsinin müdiri Elçin Mehtiyev təqdim edib.

İdman.biz