"Neftçi"nin köhnə "tanışı" - Çivadze 70 yaşında - FOTO - VİDEO

Xəbərlər
8 Aprel 2025 17:45
67
"Neftçi"nin köhnə "tanışı" - Çivadze 70 yaşında - FOTO - VİDEO

Bu gün Gürcüstan futbolunun əfsanəsi Aleksandr Çivadzenin 70 yaşı tamam olur.

İdman.biz xəbər verir ki, o, ötən əsrin 70-80-ci illərində Tbilisi “Dinamo”su və SSRİ yığmasının müdafiəçisi və kapitanı olub.

Çivadze 1980-ci ildə SSRİ-nin ən yaxşı futbolçusu adını və Moskva Olimpiadasının bürünc mükafatını qazanıb.

1981-ci ildə Tbilisi “Dinamo”su ilə Kuboklar kubokunun qalibi olub.

Çivadze Azərbaycan futbolsevərlərinə də yaxşı tanışdır, o, Tbilisi “Dinamo”sunun heyətində 70-80-ci illərdə dəfələrlə “Neftçi” komandasına qarşı çıxış edib.

İdman.biz