Yankoviç bu dəfə "Panatinaikos"un radarında

Xəbərlər
8 Aprel 2025 19:26
69
Yankoviç bu dəfə "Panatinaikos"un radarında

"Qarabağ"ın yarımmüdafiəçisi Marko Yankoviç qitənin daha bir klubunun diqqət mərkəzinə düşüb.

İdman.biz xəbər verir ki, "Panatinaikos" Monteneqro yığmasının futbolçusu ilə yaxından maraqlanır.

Bundan əvvəl Zaqreb "Dinamo"sunun Markonu transfer etmək istədiyi xəbərləri yayılmışdı. Amma Xorvatiya çempionu ilə "Qarabağ" qiymət məsələsində ortaq məxrəcə gələ bilməmişdi. Yunanların yayda Ağdam təmsilçisinə sərfəli transfer təklifi verəcəyi gözlənilir.

Qeyd edək ki, Yankoviç bu mövsümdə bütün turnirlərdə 32 matçda 1 qol və 3 ötürmə ilə yadda qalıb.

İdman.biz