“Arsenal” Çempionlar Liqasında məğlubiyyətsiz oyunlar seriyasını 7-yə çatdırıb.
İdman.biz xəbər verir ki, bu, İngiltərə klubunun tarixində yeni rekorddur.
London təmsilçisi 1/4 finalın ilk matçında “Real”ı 3:0 hesabı ilə məğlub edib. Bununla da seriyanı 7-yə çatdıran “topçular” klub rekorduna imza atıb.
Qeyd edək ki, “Arsenal” sonuncu dəfə ötən il noyabrın 7-də “İnter”lə səfər oyununda uduzub – 0:1.
İdman.biz