Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub.
İdman.biz xəbər verir ki, Fransada PSJ “Aston Villa”nı qəbul edib.
Oyunda hesabı ingilislər açsalar da, meydan sahibləri əzmkarlıq göstəriblər. PSJ 3:1 hesabı ilə qalib gəlib.
Digər qarşılaşma İspaniyada baş tutub. “Barselona” Dortmund “Borussiya”sini sınağa çəkib. Kataloniyalılar rəqibi darmadağın edərək, yarımfinala bir addım yaxınlaşıblar. Hans Flikin komandası səfərə 4:0 hesablı üstünlüklə yollanacaq.
Qeyd edək ki, cavab oyunları aprelin 15-16-da keçiriləcək.
Çempionlar Liqası
1/4 final, ilk oyunlar
9 aprel
23:00. PSJ – “Aston Villa” - 3:1
Qollar: Due, 39. Kvaratsxeliya, 49. Nuno Mendes 90+2 - Rocers, 35
23:00. “Barselona” – “Borussiya” D - 4:0
Qollar: Rafinya, 25. Levandovski, 48; 66. Lamin Yamal, 77
İdman.biz