“Neftçi”yə SÜRPRİZ TRANSFER təklifi

Xəbərlər
9 Aprel 2025 13:57
87
“Neftçi”yə SÜRPRİZ TRANSFER təklifi

“Neftçi”də şok ayrılıq gözlənilir.

İdman.biz Sportinfo.az-a istinadən xəbər verir ki, Rza Cəfərovun düşərgəni tərk etməsi gündəmdədir.

Bakılılar qapıçıya görə rəsmi təklif alıb. Onu sıralarına qatmaq istəyən komanda Avropa təmsilçisidir.

“Ağ-qaralar“ bu transferə razılıq verərsə, böyük miqdarda təzminat alacaq.

Bildirilib ki, rəhbərlik gənc kiperin satışına “yox“ deməyib. Eləcə də Rzanın özü karyerasını ölkə xaricində davam etdirməyə həvəslidir.

İdman.biz