Vüsal start heyətində, "Boluspor"dan 3 xal

Xəbərlər
9 Aprel 2025 23:05
53
Vüsal start heyətində, "Boluspor"dan 3 xal

Azərbaycanlı futbolçu Vüsal İsgəndərli Türkiyə 1-ci Liqasında növbəti oyununa çıxıb.

İdman.biz xəbər verir ki, o, "Sakaryaspor"la qarşılaşmada "Boluspor"un əsas heyətində yer alıb.

33-cü tur çərçivəsində keçirilən görüş Vüsalın komandasının 3:1 hesablı qələbəsi ilə başa çatıb. Təmsilçimiz matçın 86-cı dəqiqəsində əvəzlənib.

Qeyd edək ki, bu qələbədən sonra xalını 48-ə çatdıran "Boluspor" 8-ci pilləyə yüksəlib. Komanda növbəti turda "Ankaragücü"nün qonağı olacaq.

İdman.biz