Lionel Messi CONCACAF Çempionlar kubokunda yarımfinala yüksəlib.
İdman.biz xəbər verir ki, argentinalı ulduzun komandası "İnter Mayami" 1/4 finalın ilk oyununda "Los Anceles"ə 0:1 hesabı ilə uduzsa da, cavab qarşılaşmasında 3:1 hesabı ilə qalib gəlib.
Matçda ilk qolu rəqib vursa da, Messi 35-ci dəqiqədə hesabı bərabərləşdirib, 84-cü dəqiqədə isə penaltidən oyunda son nöqtəni qoyub.
Qeyd edək ki, "İnter Mayami" yarımfinalda MLS-dəki Kanada təmsilçisi "Vankuver"lə qarşılaşacaq.
İdman.biz