50 il bundan əvvəl - 1975-ci il aprelin 10-da "Atletiko" tarixində ilk və sonuncu dəfə Qitələrarası kuboku qazanıb.
İdman.biz xəbər verir ki, Madrid təmsilçisi Avropa Çempionlar kubokunun finalçısı kimi qatıldığı mübarizədə Argentinanın "İndependiente" komandasına iki oyunun nəticəsinə görə qalib gəlib (0:1, 2:0).
Sonuncusu 2021-ci ildə olmaqla 11 dəfə La Liqa çempionluğunu qazanan "Atletiko" beynəlxalq arenada həmçinin 3 dəfə Avropa Liqası, 1 dəfə Kuboklar kuboku və 3 dəfə də UEFA Super kubokunun qalibi olub.
İdman.biz