AFFA rəsmisi FIFA-nın sammitində

Xəbərlər
10 Aprel 2025 13:06
43
AFFA rəsmisi FIFA-nın sammitində

AFFA-nın Hüquq şöbəsinin rəisi Günay Zamanlı Braziliyanın Rio de Janeiro şəhərində keçirilən FIFA Komplayens Sammitində iştirak edir.

İdman.biz xəbər verir ki, tədbirdə FIFA-nın üzv assosiasiyalarında komplayens sistemlərinin gücləndirilməsi, etik prinsiplərin tətbiqi və beynəlxalq əməkdaşlığın inkişafı mövzusunda müzakirələr aparılır.

Günay Zamanlı sammit çərçivəsində beynəlxalq ekspertlərlə təcrübə mübadiləsi apararaq AFFA-nı bu sahədə təmsil edir.

İdman.biz