Perunun “Real Titan” klubunun futbolçusu Helar Qonsales Altamirano 21 yaşında vəfat edib.
İdman.biz xəbər verir ki, buna qapıçı ilə toqquşma səbəb olub.
Ölkə kubokunun “Defensor Nueva Kajamarka” ilə oyununun 70-ci dəqiqəsində gənc futbolçu ilə topu götürməyə çalışan qapıçı toqquşub.
Yerə yıxılan futbolçu təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.
Başındakı arteriyanın qırılması futbolçunun ölümü ilə nəticələnib.
İdman.biz