Kevin de Bruyneyə ərəblərdən 24 milyon avroluq təklif

Xəbərlər
10 Aprel 2025 18:40
55
Kevin de Bruyneyə ərəblərdən 24 milyon avroluq təklif

Belçika millisinin futbolçusu Kevin de Bruynenin aldığı təkliflərin şərtləri bəlli olub.

İdman.biz xəbər verir ki, yarımmüdafiəçini heyətinə qatmağa əsas namizəd “İnter Mayami” sayılsa da, 33 yaşlı futbolçu Səudiyyə Ərəbistanından cəlbedici təklif alıb.

Yayda “Mançester Siti”dən ayrılacaq yarımmüdafiəçi aşağı liqa təmsilçisi “Neom”un hədəfindədir. Ərəblər Kevinə ildə 24 milyon avro maaş təklif edib və tərəflər danışıqlar aparırlar.

“İnter Mayami” də futbolçudan yekun qərarı gözləyir. ABŞ təmsilçisi ona 2+3 illik müqavilə təklif edib.

Qeyd edək ki, Kevin Mançester təmsilçisi ilə bu yay başa çatacaq müqaviləsini uzatmayacağını açıqlayıb.

İdman.biz