“Sabah” Berezutskinin mümkün istefa xəbərini təkzib edib

Xəbərlər
10 Aprel 2025 16:56
72
“Sabah” Berezutskinin mümkün istefa xəbərini təkzib edib

"Klubun Berezutskini vəzifəsindən azad edə biləcəyi doğru deyil".

İdman.biz xəbər verir ki, bunu “Sabah” klubunun baş direktoru Ramin Həsənov "Championat"a komandanın baş məşqçisi Vasili Berezutskinin istefaya göndəriləcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib.

Son vaxtlar klub rəhbərliyinin rusiyalı mütəxəssisin işindən narazı qaldığı və onunla yollarını ayırmaq niyyətində olduğu barədə məlumatlar yayılıb.

Qeyd edək ki, “Sabah” Azərbaycan Premyer Liqasında beşinci yerdədir. 29 oyunda 36 xal toplayan komanda lider "Qarabağ"dan 34 xal geri qalır.

İdman.biz