AFFA-nın növbəti Hesabat Konfransı keçiriləcək.
İdman.biz xəbər verir ki, tədbir aprelin 11-də baş tutacaq.
Konfrans “Baku Marriott Hotel Boulveard”da təşkil olunacaq. Saat 10:00-da başlayacaq Konfransın gündəliyi açıqlanıb:
- AFFA prezidenti tərəfindən iclasın açıq elan edilməsi
- Konfransın tərkibinin yoxlanılması
- AFFA prezidentinin çıxışı
- İcraiyyə Komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabatının təqdimatı
- Maliyyə Hesabatları
- Müstəqil auditorun hesabatı
- AFFA-nın İnkişaf Strategiyası ilə bağlı təqdimat
- Hakimlər Komitəsinin sədri Frank De Blekerin təqdimatı
- Digər məsələlər.
İdman.biz