Klubların dünya reytinqi açıqlanıb.
İdman.biz xəbər verir ki, İFFHS-in cədvəlində planetin 510 ən yaxşı komandası yer alıb.
Siyahıda Azərbaycanı 4 klub təmsil edib. “Qarabağ” 138,50 xalla dünyada 124-cüdür. Ağdam klubu ötən ayla müqayisədə 21 pillə geriləyib.
“Zirə” 100,75 xalla 220-cidir. Bakı klubu 1 pillə geriləyib.
“Sabah” 64,75 xalla 393-cüdür. Paytaxt təmsilçisi 40 pillə geriləyib.
“Top-510”a daxil olan “Araz-Naxçıvan” 55 xalla 492-cidir. Naxçıvan təmsilçisi 37 pilləlik sıçrayışla irəliləyib.
Qeyd edək ki, cədvələ 508 xalla “Real” başçılıq edir.
İdman.biz