"Hesabat dövründə bizi məyus edən nəticələr də olub".
İdman.biz xəbər verir ki, bunu AFFA prezidenti Rövşən Nəcəf AFFA-nın Hesabat Konfransında deyib.
O, xüsusilə Azərbaycan millisinin zəif çıxışını vurğulayıb: "Kişilərdən ibarət A millimizin son oyunlardakı nəticələri bizi məyus etdi. Məsələ ilə bağlı baş məşqçi Fernandu Santuşla görüşüb nəticələr haqqında danışmışıq. Bu istiqamətdə millimizin qarşısına qoyulan AVRO-2028 seçmə mərhələsində uğurlu çıxış etmək əsas hədəf olaraq qalır. Yaxın gələcəkdəki hadisələrdən asılı olaraq AFFA müvafiq qərarlar verəcək".
Aytac Sahəd
İdman.biz