AFFA idman qurğularına ayırdığı vəsaiti açıqlayıb

Xəbərlər
11 Aprel 2025 10:42
67
AFFA idman qurğularına ayırdığı vəsaiti açıqlayıb

AFFA-nın 2024-ci ildəki infrastruktur xərclərini açıqlayıb.

İdman.biz xəbər verir ki, bu göstəricilər bu gün keçirilən Hesabat Konfransında açıqlanıb.

Qurum il ərzində infrastruktura 2 milyon 445 min 433 manat xərcləyib.

“Dalğa Arena”ya 1 milyon 9 min 231, Bakı Olimpiya Stadionuna 396 min, “ASCO Arena” 321 min 312, Milli Komandaların Məşq Mərkəzinə 276 min 996, Şamaxı stadionuna 184 min 906, təhsil və reabilitasiya mərkəzinə 87 min 759, Binə stadionuna 75 min 534, Ağsu stadionuna 44 min 344, “Neftçi Arena”ya 37 min 524, Mingəçevir şəhər stadionuna 11 min 827 manat xərclənib.

İdman.biz

Məqalədə: