“İdmançıları belə işlərlə məşğul olmamağa çağırıram".
İdman.biz xəbər verir ki, bunu AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev qurumun Hesabat Konfransında çıxışı zamanı deyib.
O, danışılmış oyunlarla bağlı ciddi mübarizə apardıqlarını bildirib: "AFFA danışılmış oyunlarla bağlı məsələlərlə ciddi şəkildə məşğul olur. Bu cür hallar təsdiqini taparsa, səbəbkarlar ciddi şəkildə cəzalanacaq. Heç kim cəzasız qalmayacaq".
Aytac Sahəd
İdman.biz