UEFA-nın Azərbaycan klublarına ayırdığı vəsait bəlli olub

Xəbərlər
11 Aprel 2025 10:49
67
UEFA-nın Azərbaycan klublarına ayırdığı vəsait bəlli olub

UEFA tərəfindən 2024-cü ildə Azərbaycan klublarına ayrılan vəsaitin məbləği müəyyənləşib.

İdman.biz xəbər verir ki, AFFA-nın bu gün keçirilən Hesabat Konfransında maliyyə vəsaitinin 38 milyon 716 min 172 manat təşkil etdiyi açıqlanıb.

UEFA-dan ən böyük qazanc əldə edən klub “Qarabağ” olub - 28 milyon 319 min 296 manat.

“Zirə” 3 milyon 216 min 762, “Sabah” 2 milyon 561 min 814, “Sumqayıt” 1 milyon 419 min 53 manat əldə edib.

Digər klubların qazancı 1 milyondan az olub. “Neftçi” 878 min 942, “Qəbələ” 577 min 585, “Səbail” 447 min 668, “Turan Tovuz” 426 min 696, “Şamaxı” və “Kəpəz” hərəyə 413 min 943, “Araz-Naxçıvan” 40 min 470 manat qazanıb.

İdman.biz