İki mövsümdə Azərbaycanda futbolun inkişafına 78 milyon manat ayrılıb

Xəbərlər
11 Aprel 2025 10:53
70
İki mövsümdə Azərbaycanda futbolun inkişafına 78 milyon manat ayrılıb

Azərbaycanda son iki mövsümdə futbolun inkişafı ilə bağlı ayrılmış vəsaitlərin ümumi məbləği və meyarlar üzrə bölgüləri açıqlanıb.

İdman.biz xəbər verir ki, bu göstəricilər AFFA-nın Hesabat Konfransındakı maliyyə hesabatında əksini tapıb.

2023/24 və 2024/25 mövsümlərinin hər birində futbolun inkişafına 39 milyon manat ayrılıb. Bir sözlə, iki mövsüm ərzində futbolun inkişafına 78 milyon xərclənib.

Hər iki mövsümdə Premyer Liqa klublarına 30 milyon, I Liqa təmsilçilərinə 3 milyon, milli komandaların saxlanılmasına 3 milyon, Region Liqası və bu turnirdə oyunların keçirilməsinə 1 milyon, VAR layihəsinə 1 milyon xərclənib.

II Liqa klublarına 700 min, menecer və məşqçi təhsilinə 300 min ayrılıb.

İdman.biz