Frank de Bleker: "İnsan faktoru olan yerdə səhvlər qaçılmazdır"

Xəbərlər
11 Aprel 2025 11:20
85
Frank de Bleker: "İnsan faktoru olan yerdə səhvlər qaçılmazdır"

"Son bir ildə Azərbaycan hakimliyi inkişaf etsə də, bəzi matçlarda müəyyən səhvlər qeydə alınıb".

İdman.biz xəbər verir ki, bunu AFFA-nın Hakimlər Komitəsinin sədri Frank de Bleker qurumun Hesabat Konfransında çıxışı zamanı deyib.

O, hakimlikdə müəyyən problemlərin olduğunu etiraf edib: "Hakimliklə bağlı müəyyən çatışmazlıqlar var. Fikrimcə, belə halların yaşanması normaldır. Biz "PlayStation" oynamırıq, hakimlər də insandır, robot deyil. İnsan faktoru olan yerdə səhvlər qaçılmazdır.

Çox açıq və şəffaf fəaliyyət göstəririk. Premyer Liqanın 28-ci tura qədər ümumilikdə 140 oyunda 39 VAR müdaxiləsi olub. Bu, çox yaxşı göstəricidir. Əlbəttə ki, daha yaxşısını edə bilərik. Artıq iki hakimimiz FIFA-nın I kateqoriyasındadır. Bu mövsüm 21 beynəlxalq təyinat və 3 VAR təyinatı almışıq".

Aytac Sahəd
İdman.biz

Məqalədə: