Rövşən Nəcəf: “Qurban Qurbanovla hər hansı problemimiz yoxdur, münasibətlər qaydasındadır” - VİDEO

Xəbərlər
11 Aprel 2025 13:13
86
Rövşən Nəcəf: “Qurban Qurbanovla hər hansı problemimiz yoxdur, münasibətlər qaydasındadır” - VİDEO

“Qurban Qurbanovla hər hansı problemimiz yoxdur, münasibətlər qaydasındadır”.

İdman.biz xəbər verir ki, bu sözləri AFFA-nın prezidenti Rövşən Nəcəf qurumun İcraiyyə Komitəsinin üzvü və "Qarabağ"ın baş məşqçisinin Hesabat Konfransına qatılmaması ilə bağlı danışarkən deyib.

Assosiasiya rəhbəri Qurbanovla münasibətlərin normal olduğunu vurğulayaraq fikirlərini belə tamamlayıb: "Qurban Qurbanov AFFA İcraiyyə Komitəsinin iclaslarına qatılır. Futbolun inkişafı ilə bağlı bütün müzakirələrdə fəal olaraq iştirak edir. Hər hansı bir soyuqluqdan söhbət gedə bilməz. Özündən də soruşub dəqiqləşdirə bilərsiniz".

Aytac Sahəd
İdman.biz