Salah daha iki il "Liverpul"da - VİDEO

Xəbərlər
11 Aprel 2025 16:33
55
Salah daha iki il "Liverpul"da - VİDEO

"Liverpul" futbolçusu Məhəmməd Salahla müqavilənin müddətini uzadıb.

İdman.biz xəbər verir ki, 32 yaşlı vingerin klubla 2 illik anlaşdığı bildirilir.

Salah 2017-ci ildən "Liverpul"da çıxış edir və bu müddət ərzində Premyer Liqa və Çempionlar Liqası da daxil olmaqla 7 titul qazanıb. O, İngiltərə klubuna “Roma”dan keçib.

Qeyd edək ki, Salah bu mövsüm Premyer Liqada 31 matçda 27 qol vurub və 17 məhsuldar ötürmə edib.

İdman.biz