İFFHS-in klubların dünya reytinqində yer alan Azərbaycan komandalarının Avropadakı mövqeləri bəlli olub.
İdman.biz xəbər verir ki, cədvəldə Avropanın 281 klubu yer alıb.
Onlardan da 4-ü Azərbaycan komandasıdır. Avropa klubları arasında 83-cü olan “Qarabağ” qitədə 11 pillə geriləyib. Ağdam təmsilçisi 138,50 xala malikdir.
100,75 xalı olan “Zirə” 128-cidir. “Sabah” 64,75 xalla 218-c yerdədir. “Araz-Naxçıvan” 55 xalla Avropada 276-cı pillədədir.
Qeyd edək ki, dünya sıralamasında “Qarabağ” 124-cü, “Zirə” 220-ci, “Sabah” 393-cü, “Araz-Naxçıvan” 492-cidir.
İdman.biz