“Araz-Naxçıvan”dan Avropada 10-cu sıçrayış

Xəbərlər
11 Aprel 2025 21:32
53
“Araz-Naxçıvan”dan Avropada 10-cu sıçrayış

İFFHS-in bu gün açıqladığı klubların dünya reytinqində cədvələ yeni daxil olan komandalar da yer alıb.

İdman.biz xəbər verir ki, siyahıya bu ay daxil olanlardan biri Azərbaycan təmsilçisidir.

"Araz-Naxçıvan" 37 pilləlik sıçrayışla 492-ci yeri ələ keçirib. Elmar Baxşıyevin yetirmələri siyahıya ən böyük irəliləyişlə daxil olan 10 Avropa klubundan biridir.

Bu göstəricidə rekord "Haken"ə məxsusdur. İsveç klubu 165 addımlıq sıçrayışla siyahıya daxil olub.

Qeyd edək ki, "Araz-Naxçıvan" ötən ay 529-cu olduğu üçün "Top-500"dən kənar qalmışdı.

İdman.biz