Azərbaycan millisinin sabiq baş məşqçisi Əsgər Abdullayev yenidən AFFA-nın Məşqçilər Komitəsinə qayıdıb.
İdman.biz xəbər verir ki, o, əvvəllər də bu komitənin üzvü olub.
Təcrübəli mütəxəssis Məşqçilər Komitəsini 2023-cü ilin yayında I Liqa təmsilçisi “İmişli”ni çalışdırmaq üçün tərk etmişdi.
Abdullayev əvvəllər Azərbaycan millisindən başqa “Şəfa”, “Bakı”, “Olimpik Şüvəlan”, “Turan”, “Araz-Naxçıvan” və “Neftçi” komandalarının baş məşqçisi olub.
İdman.biz