İngiltərə klubunun baş məşqçi postuna yeni namizəd

Xəbərlər
11 Aprel 2025 17:59
54
İngiltərə klubunun baş məşqçi postuna yeni namizəd

İngiltərənin “Sauthempton” klubunun baş məşqçisi postuna daha bir namizəd bəlli olub.

İdman.biz xəbər verir ki, Premyer Liqanı tərk edəcəyi dəqiqləşən klub Uill Stillin xidmətində maraqlıdır.

Klub rəhbərliyinin maraq dairəsində Denni Roul da var. O, hazırda “Şeffild Uensdey”i çalışdırır.

Qeyd edək ki, “Sauthempton” İvan Yuriçin istefasından sonra baş məşqçi axtarışına başlayıb.

İdman.biz

Məqalədə: