Azərbaycan millisinin rəqibinin qapıçısı “Mançester Siti”nin hədəfində

Xəbərlər
12 Aprel 2025 09:12
55
Azərbaycan millisinin rəqibinin qapıçısı “Mançester Siti”nin hədəfində

Azərbaycan millisinin DÇ-2026-nın seçmə mərhələsindəki rəqibi Ukrayna yığmasının qapıçısı Anatoli Trubin klubunu dəyişə bilər.

İdman.biz xəbər verir ki, hazırda “Benfika”da çıxış edən qolkiper “Mançester Siti”nin hədəfindədir.

Əgər klublar razılığa gəlsələr, Trubin karyerasını İngiltərədə davam etdirəcək.

Portuqaliya klubu bu transfer üçün 40 milyon avro tələb edir. Mançesterlilər isə 25 milyon xərcə düşməyə razıdırlar.

Qeyd edək ki, Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində Ukraynadan başqa Fransa və İslandiya ilə qarşılaşacaq.

İdman.biz