“Milan”da van Bastendən sonra ilk

Xəbərlər
12 Aprel 2025 17:59
52
“Milan”da van Bastendən sonra ilk

“Milan”ın futbolçusu Teyani Reynders A seriyasının cari mövsümündəki qol sayını 10-a çatdırıb.

İdman.biz xəbər verir ki, niderlandlı hücumçu “Udineze”yə qol vurmaqla buna nail olub.

Reynders “Milan”ın tarixinə A seriyasının bir mövsümündə 10 və daha çox qol vuran ikinci niderlandlı kimi düşüb. Ona qədər yalnız Marko van Basten bunu bacarıb. O, ardıcıl 5 dəfə - 1988/89, 1989/90, 1990/91, 1991/92 və 1992/93 mövsümlərində ən azı 10 dəfə fərqlənib.

Qeyd edək ki, “Milan” “Udineze”yə 4:0 hesabı ilə qalib gəlib.

İdman.biz