Vasili Berezutski: "Futbolla əlaqəsi olmayan qırmızı vərəqə idi"

Xəbərlər
12 Aprel 2025 19:41
30
Vasili Berezutski: "Futbolla əlaqəsi olmayan qırmızı vərəqə idi"

"Oyunu iki hissəyə bölə bilərik. Qırmızı vərəqəyə qədər olan hissə və "qırmızı"dan sonrakı hissə. Futbolçularıma təşəkkür edirəm. Sona qədər döyüşdülər. Amma əfsuslar olsun ki, hesabı bərabərləşdirə bilmədik".

İdman.biz xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Vasili Berezutski "Turan Tovuz"la oyundan sonra keçirilən mətbuat konfransında deyib.

Rusiyalı mütəxəsis Misli Premyer Liqasının 30-cu turu çərçivəsində səfərdə qeydə 1:2 hesablı məğlubiyyəti şərh edib. O, Pavlo Şafrankoya göstərilən qırmızı vərəqə ilə razılaşmayıb: "Mənim üçün aydın olmayan, futbolla əlaqəsi olmayan qırmızı vərəqə idi. Biz hücuma davam edirdik. Hakim oyunu saxladı və Safrankoya qırmızı vərəqə verdi. Əllərimizi aşağı salıb ruhdan düşməyəcəyik. Amma avrokuboklara vəsiqə qazanmaq baxımından kubok bizim üçün prioritetdir. Taktiki plandan nəsə danışmaq çox çətindir. Qırmızı vərəqədən sonra bu rəqibə qarşı oynamaq çətin idi. "Qırmızı"ya qədər hesabda öndə olan komanda biz idik".

Qeyd edək ki, "Sabah" səfər matçında hesabı açsa da, fasilədən sonra 2 dəqiqə ərzində 2 top buraxaraq uduzub.

İdman.biz