Kurban Berdiyev: "Karyeramda ilk qırmızı vərəqə idi"

Xəbərlər
12 Aprel 2025 20:09
32
Kurban Berdiyev: "Karyeramda ilk qırmızı vərəqə idi"

"Biz heç kimdən asılı olmaq istəmirik. Oyundan oyuna hazırlaşırıq. Kiminsə uğursuzluğuna yox, öz oyunumuza köklənirik".

İdman.biz xəbər verir ki, bunu "Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev "Sabah"la matçdan sonra keçirilən mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis Misli Premyer Liqasının 30-cu turu çərçivəsində doğma meydanda 2:1 hesablı qələbəni şərh edib: "Düşünürəm ki, layiqli qələbə qazandıq. Matça yaxşı başlamamışdıq. İkinci hissədə oyunun gedişatını tamamilə dəyişdik. Karyeramda ilk qırmızı vərəqə idi. Emosiyalar var idi. Bu cür davranmalı deyildim. Rəqibin hücumçuları Hurtadoya qarşı açıq ayaqla oynayırdılar. Amma hakim səssiz qalırdı. Üzərimizdə psixoloji təzyiq var idi. Bu qələbədən sonra təzyiqin aradan qalxacağını düşünürəm".

Qeyd edək ki, "Turan Tovuz" bu qələbədən sonra 47 xalla 4-cü pillədəki mövqeyini möhkəmlədib.

İdman.biz