Mahirin möhtəşəm qolu "Nürnberq"ə 3 xal qazandırıb - VİDEO

Xəbərlər
13 Aprel 2025 00:35
59
Mahirin möhtəşəm qolu "Nürnberq"ə 3 xal qazandırıb - VİDEO

Mahir Emreli uzun müddətdən sonra "Nürnberq"in heyətində fərqlənib.

İdman.biz xəbər verir ki, o, Almaniya 2-ci Bundesliqasının 29-cu turunda səfərdə "Kayzerslautern"in qapısına yol tapıb.

İlk dəqiqədən meydanda olan Azərbaycan yığmasının futbolçusu 68-ci dəqiqədə güclü zərbə ilə komandasının ikinci qolunu vurub. Qoldan az sonra sarı vərəqə ilə cəzalandırılan Emreli 87-ci dəqiqədə yerini Serraya verib. Sona yaxın meydan sahibləri buraxılan qollardan birinin əvəzini çıxa biliblər - 1:2.

Bu qələbədən sonra "Nürnberq" 44 xalla 7-ci pilləyə yüksəlib.

Qeyd edək ki, Mahir sonuncu dəfə noyabrın 3-də "Hamburq"la görüşdə fərqlənmişdi.

İdman.biz