PSJ, TNS, "Srvena Zvezda", "Linfild" - növbəti kim olacaq?

Xəbərlər
13 Aprel 2025 12:45
41
PSJ, TNS, "Srvena Zvezda", "Linfild" - növbəti kim olacaq?

Avropa futbolunda payız-yaz sistemi üzrə keçirilən milli çempionatlardan bəzisində qaliblər artıq indidən bəllidir.

İdman.biz xəbər verir ki, PSJ ardıcıl dördüncü, ümumiyyətlə isə, 13-cü dəfə Fransa çempionluğunu qazanıb.

TNS klubu da dörd mövsümdür Uels çempionu titulunu heç kimə vermir və indi 17-ci uğurunu qeyd edir.

"Srvena Zvezda" isə ardıcıl 8 mövsümdür Serbiyada çempion olur.

Onlardan fərqli olaraq, "Linfild" üç illik fasilədən sonra Şimali İrlandiyada zirvəni fəth etsə də, ölkə çempionluqlarının sayını 57-yə çatdırıb.

İdman.biz