Qurban Qurbanovun keçmiş komandası - 7 oyun, 0 qol

Xəbərlər
13 Aprel 2025 10:58
94
Qurban Qurbanovun keçmiş komandası - 7 oyun, 0 qol

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun 1999-2002-ci illərdə çıxış etdiyi "Fakel" uğursuzluq zolağındadır.

İdman.biz xəbər verir ki, Voronej təmsilçisi Rusiya çempionatında 7 oyundur qol vura bilmir və hazırda sonuncudan əvvəlki - 15-ci pillədə qərarlaşıb.

Macarıstanda da axırıncıdan əvvəlki - 11-ci yeri tutan "Nyiregyhaza" son 6 turda rəqib qapılarına yol tapa bilməyib.

Fransa Liqa 1-də autsayder "Monpelye", həmçinin "Anje"nin qolsuz seriyası isə 5 oyuna çatıb.

İdman.biz