Mahir Emreli möhtəşəm qolu haqda: "Sakit qaldım, hörmətimi itirmədim" - VİDEO

Xəbərlər
13 Aprel 2025 15:49
56
Mahir Emreli möhtəşəm qolu haqda: "Sakit qaldım, hörmətimi itirmədim" - VİDEO

“Haqqımda çox danışıldı. Çox yazıldı, həqiqətə uyğun deyildi”.

İdman.biz xəbər verir ki, bunu “Nürnberq”in azərbaycanlı hücumçusu Mahir Emreli instaqram hesabında Almaniya II Bundesliqasının 29-cu turunun “Kayzerslautern”ə qarşı oyununda (2:1) vurduğu qolu şərh edərkən yazıb.

Azərbaycan millisinin futbolçusu əlavə edib ki, bütün bunlara baxmayaraq, öz üzərində daim çalışıb: “Amma sakit qaldım və israrla öz üzərimdə çalışdım, hörmətimi itirmədim. Nə üçün mübarizə apardığımı göstərdim. Bu, üç xaldan daha vacibdir. Bu məqsəd mənə inananların hamısı üçündür: komanda yoldaşlarım, məşqçilərim və xüsusən də azarkeşlər. Növbəti oyunda görüşərik”.

İdman.biz