"Sevilya" - ardıcıl 4 məğlubiyyətdən sonra baş məşqçi Pimientanı istefaya göndərib
"Sevilya" baş məşqçisi Fransisko Qarsia Pimientanı istefaya göndərib.
İdman.biz xəbər verir ki, ardıcıl 4 oyunda məğlub komanda 36 xalla La Liqada 13-cü pillədə qərarlaşıb.
Pimienta 2024-cü ilin yayından "Sevilya"nı çalışdırırdı. 50 yaşlı ispaniyalı mütəxəssisin klubla müqaviləsi 2027-ci ilin iyun ayına kimi idi. O, əvvəllər "Barselona"nın B komandasını və "Las Palmas"ı çalışdırıb.
İdman.biz