"Qarabağ"a qarşı bizi çətin oyunun gözlədiyini bilirdik. Bu cür də oldu. Rəqibi təbrik edirəm".
İdman.biz xəbər verir ki, bunu "Səbail"in kapitanı Yusif Nəbiyev Misli Premyer Liqasının 30-cu turunda "Qarabağ"a məğlubiyyət (1:4) haqda Sportal.az-a açıqlamasında deyib.
O, komandasının Ağdam klubu ilə görüşdəki uğursuz çıxışını bu cür dəyərləndirib: "Xal qazanmaq üçün kifayət qədər motivasiyamız var idi. Lakin biz tez-tez səhvlərə yol verdik. “Qarabağ” bizi səhvlərə məcbur etdi. Buna baxmayaraq biz sonuncu yerlə barışmamışıq. Doğrudur, “Kəpəz”lə xal fərqimiz kifayət qədərdir. Amma hələ son tura qədər şansımız var, mübarizə aparacağıq".
Qeyd edək ki, "Səbail" 30 turdan sonra 20 xalla 10-cu pillədədir.
İdman.biz