Elmar Baxşıyev: “Kəpəz” iddialı komandalardan da xal alıb”

Xəbərlər
13 Aprel 2025 19:43
49
Elmar Baxşıyev: “Kəpəz” iddialı komandalardan da xal alıb”

“Ağır oyun alındı. Oyundan əvvəl bizi nə gözlədiyini bilirdik".

İdman.biz xəbər verir ki, bunu "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev Misli Premyer Liqasının 30-cu turunda Tovuz şəhər stadionunda “Kəpəz”lə keçirilən oyundan (0:0) sonra mətbuat konfransında deyib.

Mütəxəssis bərabərliklə yekunlaşan matçı şərh edib: "İndiki durumda sıx qrafikdə çıxış edirik. Uda da, uduza da bilərdik. Heç-heçə etdik. Bu oyunu unudub, növbəti matça hazırlaşacağıq. Komanda şəklində birinci hissədə oyunumuz alınmadı, amma ikincidə epizodlarımız oldu.

Sıx qrafikdə olmağımız normaldır. Ya iddiasız olmalısan ki, bu qrafikdə oynamayasan. Komandam mövsümün əvvəlində o iddiasını ortaya qoyub.

Bizi daha çox düşündürən “Turan Tovuz” deyil. Başqa komandanın nəticəsinə görə xoşbəxt olmaq istəmirik. Daha çox öz oyunumuza köklənmişik. Çempionatımızda zəif komanda yoxdur. “Kəpəz” iddialı komandalardan da xal alıb”.

İdman.biz