Azər Bağırov: "Nəinki bir xal qazandıq, deyərdim ki, iki xal itirdik"

Xəbərlər
13 Aprel 2025 19:56
39
Azər Bağırov: "Nəinki bir xal qazandıq, deyərdim ki, iki xal itirdik"

"Uşaqlara təşəkkür edirəm, yaxşı oyun keçirdilər"

İdman.biz xəbər verir ki, bunu "Kəpəz"in baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 30-cu turunda Tovuz şəhər stadionunda "Araz-Naxçıvan"la keçirilən oyundan (0:0) sonra mətbuat konfransında deyib.

Mütəxəssis çempionatın liderlərindən birinə qarşı möhtəşəm oyun keçirdiklərini bildirib: “Bu gün çempionatın liderlərindən birinə qarşı möhtəşəm oyun keçirdik. Uşaqlara təşəkkür edirəm, yaxşı oyun keçirdilər. Mənə elə gəlir ki, bu gün biz nəinki bir xal qazandıq, deyərdim ki, iki xal itirdik.

Oyunun hansı tempdə getdiyini gördük. Qabaqdakı sürəti artırmaq istədik. Etdiyim dəyişikliklər yaxşı alındı. Sadəcə olaraq, son nöqtəni qoya bilmədik.

Camal Cəfərovun üç real qol epizodunu qaçırması texnik keyfiyyətlə bağldır. O “bişmiş” oyunçudur. Qol duyumu və epizodu hiss etmədə geri qalır.

Muhamadu Ba bu həftədən məşqlərə başlayacaq. “Sabah”la oyunda ciddi zədələnmişdi. Hazırda isə elə bir narahatçılığı, sınığı, çıxığı yoxdur. Ona görə də, növbəti oyun üçün hazırlıqlara başlayacaq”.

İdman.biz