20 ilin antirekordu

Xəbərlər
14 Aprel 2025 09:21
73
20 ilin antirekordu

“Tottenhem” son 20 ilin ən uğursuz nəticəsinə imza atıb.

İdman.biz xəbər verir ki, London klubu Premyer Liqanın arxada qalan hissəsində 17 məğlubiyyət alıb.

2003/04 mövsümündən sonra “Tottenhem” bu qədər uduzmamışdı. Həmin vaxt “mahmızlar” 20 dəfə uduzub.

Qeyd edək ki, londonlular XXXII turda “Vulverhempton”a 2:4 hesabı ilə məğlub olub.

İdman.biz