Rafael Utziqdən 25-ci qol

Xəbərlər
14 Aprel 2025 09:46
43
Rafael Utziqdən 25-ci qol

“Zirə”nin futbolçusu Rafael Utziq Azərbaycan çempionatlarında 25-ci qolunu vurub.

İdman.biz xəbər verir ki, onun yubileyi Misli Premyer Liqasının XXX turuna təsadüf edib.

Braziliyalı “Neftçi” ilə görüşdə dubla imza atıb. İlk top onun Premyer Liqada ümumilikdə 25-ci, “Zirə” forması ilə 10-cu qolu olub.

Qeyd edək ki, Premyer Liqada “Qəbələ”də də çıxış etmiş Rafael ümumilikdə 124, “Zirə”də 43 matç keçirib.

İdman.biz