Kaparros yenidən “Sevilya”da

Xəbərlər
14 Aprel 2025 10:14
52
Kaparros yenidən “Sevilya”da

İspaniyanın “Sevilya” klubunun yeni baş məşqçisi müəyyənləşib.

İdman.biz xəbər verir ki, bunu La Liqa təmsilçisinin mətbuat xidməti açıqlayıb.

Bu vəzifəyə Xoakin Kaparros təyin olunub. 69 yaşlı ispaniyalı mövsümün sonuna qədər komandanı çalışdıracaq.

Kaparros 4-cü dəfə “Sevilya”nın “sükanı arxası”na keçib. O, 2000-05-ci illərdə, həmçinin 2017/18 və 2018/19 mövsümlərində də bu postu tutub.

Qeyd edək ki, 31 oyunda 36 xal toplayan “Sevilya” turnir cədvəlində 13-cü pillədə qərarlaşıb.

İdman.biz