“Araz-Naxçıvan” futbolçusu İqor Ribeiro ilə müqavilənin müddətini uzadıb.
İdman.biz xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.
Oyunu ilə məşqçilər korpusunun etimadını qazanan braziliyalı mərkəz müdafiəçisi ilə yeni müqavilə 1 il müddətinə nəzərdə tutulub. O, 2025/26 mövsümünün sonuna qədər “Araz-Naxçıvan”ın formasını geyinəcək.
Qeyd edək ki, əsas heyətin daimi üzvü olan Ribeyro 2023-cü ilin avqustundan “qırmızı-ağlar”ın şərəfini qoruyur.
İdman.biz