AFFA əməkdaşları mükafatlandırma mərasimində iştirak ediblər

Xəbərlər
14 Aprel 2025 16:42
58
AFFA əməkdaşları mükafatlandırma mərasimində iştirak ediblər

AFFA əməkdaşları konfransda iştirak ediblər.

İdman.biz xəbər verir ki, bunu assosiasiyanın mətbuat xidməti açıqlayıb.

AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov, aparıcı mütəxəssis Orxan Mikayıllı və mütəxəssis Ziya Səfərov Polşanın Sopot şəhərində keçirilən 14-cü UEFA Kütləvi Futbol Konfransı və mükafatlandırma mərasiminə qatılıblar. UEFA-ya üzv olan 55 ölkənin nümayəndələrinin iştirak etdiyi konfransda son 3 il ərzində futbolun kütləviliyi istiqamətində görülmüş işlər haqqında geniş müzakirələr aparılıb, mühazirələr dinlənilib.

Konfransda, həmçinin, müvafiq nominasiyalar üzrə qalib gəlmiş ölkələrə mükafatlar təqdim edilib.

UEFA-nın fəxri üzvü Per Ravn Omdal və texniki təhsil və inkişaf rəhbəri Olivier Doglia tərəfindən Fərrux İsmayılova “UEFA Grassroots Charter Member” plaketi təqdim olunub.

İdman.biz