17 yaşadək futbolçulardan ibarət (2009-cu il təvəllüd) Azərbaycan millisi Moldovanın paytaxtı Kişineuda təşkil olunan UEFA İnkişaf Turnirində ilk oyununu keçirib.
İdman.biz xəbər verir ki, U-17 meydan sahiblərinin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Görüş “Zimbru” stadionunda baş tutub. Matç Moldova yığmasının 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Digər oyunda Gürcüstan Estoniyanı 4 cavabsız qolla məğlub edib.
Qeyd edək ki, millimiz turnir çərçivəsində növbəti matçlarını aprelin 16-da Gürcüstanla, 19-da isə Estoniya ilə keçirəcək. Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 12:00-da başlayacaq.
İdman.biz