Rafinya ilk pillədə, Dembeledən sıçrayış

Xəbərlər
14 Aprel 2025 21:50
62
Rafinya ilk pillədə, Dembeledən sıçrayış

“Goal” nəşrinin 2025-ci ildə “Qızıl top” mükafatına əsas namizədlər yenilənmiş siyahısını dərc edib.

İdman.biz xəbər verir ki, ilk pillədə yenə də "Barselona"nın vingeri Rafinya yer alıb.

Əvəzində PSJ-nin uğurlarında böyük pay sahibi olan Usman Dembele ikinci pilləyə yüksəlib. 3-cü pillədə "Barsa"nın daha bir üzvü Lamin Yamal qərarlaşıb.

"İnter"in kapitanı Lautaro Martines ilk 10-luğa daxil olub.

"Qızıl topu" qazanmağa 10 namizəd:

1. Rafinya Dias ("Barselona", İspaniya)
2. Usman Dembele (PSJ, Fransa)
3. Lamin Yamal ("Barselona", İspaniya)
4. Robert Levandovski ("Barselona", İspaniya)
5. Mohamed Salah "Liverpul, İngiltərə)
6. Pedri ("Barselona", İspaniya)
7. Kilian Mbappe ("Real", İspaniya)
8. Harri Keyn ("Bavariya", Almaniya)
9. Lautaro Martines ("İnter", İtaliya)
10. Cud Bellingem ("Real", İspaniya)

İdman.biz