"Barselona" və PSJ yarımfinalda - YENİLƏNİB - VİDEO

Xəbərlər
16 Aprel 2025 00:55
212
"Barselona" və PSJ yarımfinalda - YENİLƏNİB - VİDEO

Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunlarına start verilib.

İdman.biz xəbər verir ki, ilk iki yarımfinalçı İngiltərə və Almaniyada bəlli olub.

“Barselona” evdə darmadağın etdiyi Dortmund “Borussiya”sının qonağı olub. Daha yaxşı oynayan meydan sahibləri 3:1 hesabı ilə qalib gəlib. Seru Girassi 3 qol vuraraq, komandasının qələbəsində böyük rol oynayıb. Bu nəticə Dortmund klubuna yarımfinala yüksəlmək üçün kifayət etməyib. "Barsa" ümumi hesabda 5:3 üstün olub.

PSJ isə “Aston Villa” ilə səfər görüşünə üstünlüklə çıxıb. Qonaqlar 2:0 hesabı ilə önə keçsələr də, ingilislər böyük əzmkarlıq nümayiş etdiriblər. Unai Emerinin komandası 3 dəfə fərqlənsə də, bu onlara mərhələ adlamaq imkanı verməyib. PSJ iki oyunun nəticəsinə görə, 5:4 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, cavab oyunlarına aprelin 16-da yekun vurulacaq.

Çempionlar Liqası
1/4 final, cavab oyunları
15 aprel
23:00. “Aston Villa” – PSJ - 3:2
Qollar:
Tilemans, 34. Makgin, 55. Konsa, 58 - Hakimi, 11. Nuno Mendeş, 27
İlk oyun – 1:3
23:00. “Borussiya” D – “Barselona” - 3:1
Qollar:
Girassi, 11 (p.); 49; 76 - Bensebaini, 54 (öz qapısına)
İlk oyunlar – 0:4

İdman.biz